Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmtahanqabağı bu qidalardan UZAQ DURUN

  • 2021.05.31 11:06
  • 1310 Baxış
İmtahanqabağı bu qidalardan  UZAQ DURUN
Bəzi qidalar şagirdlərin və tələbələrin idrak funksiyalarını pozur, imtahanlara hazırlaşma qabiliyyətlərini mənfi təsir göstərir.

Medicina.az publika.az-a istinadla bu qidaların siyahısını təqdim edir:

Şirniyyat

Tərkibi yüksək olan qidalar beyinə zərərlidir. Həm qısamüddətli, həm də uzunmüddətli yaddaşa mənfi təsir göstərir. Bu səbəbdən imtahanlara hazırlaşan insanlara pəhrizdəki şirniyyat miqdarını azaltmaları tövsiyə olunur.

Qızardılmış yemək

Qızardılmış qidalar da beyinə mənfi təsir göstərir. Çünki doymuş yağlar və xolesterol beyinə qan axınını qismən bloklayır.

Trans yağlı qidalar

"Fast food" da daxil olmaqla yüksək yağlı qidalar zehni qabiliyyəti azaldır, qərar vermə prosesini ləngidir. İnsanların imtahanlar zamanı vacib olan şeyləri düşünmələrini, saymalarını və etmələrini maneə törədir.

Bütün sadalanan qidalar əvəzinə vitaminlər və minerallarla zəngin balanslı pəhriz istifadə etmək tövsiyə olunur.

Bu cür qidalar beynin daha yaxşı işləməsinə və imtahanlara daha asan hazırlaşmağa kömək edir.