İmtahan qabağı tələbələrin qatıq və qatıq məhsulları, eləcə də duzlu kələm, şoraba yeməsi məsləhətlidir.
Bütün bunların ayrı – ayrılıqda yeyilməsi məsləhət görülür.
“Medicina” xəbər verir ki, William & Mary universitetlərinin psixoloqları tələbələrin ümumi vəziyyətindən o qədər narahat idilər ki, onlara kömək etmək qərarına gəldilər. Onlar imtahan zamanı stress və təşvişin qarşısını almaq üçün qidalanma məsləhətləri verib.
Onlar fermentləşdirilmiş qidaların sosial aksiyete pozğunluğunun (sosial fobiya) təzahürlərini azaltmağa kömək etdiyini düşünürdülər. Bu o deməkdir ki, müxtəlif sosial vəziyyətlərdən, digər insanlarla təmaslardan əsassız və həddindən artıq qorxu sadəcə aradan qalxacaq.
Məsələ burasındadır ki, belə məhsulların tərkibində sinir sisteminə sakitləşdirici təsir göstərən canlı probiotiklər var.
Tədqiqat üçün onlar bir neçə gün fermentləşdirilmiş qidalar yeyən 700 tələbəni dəvət ediblər.
Gənclər nə qədər çox probiotik qidalar qəbul ediblərsə, imtahanlarda özlərini bir o qədər sakit və inamlı hiss edirdilər və daha az narahatlıq əlamətləri göstərirdilər.
Qatıq və duzlu kələm insan orqanizminə xüsusi təsir göstərir.
Məsələ burasındadır ki, bu məhsulların tərkibində canlı faydalı bakteriyalar və ya probiyotiklər var ki, bunlar təkcə həzm prosesinin özünə müsbət təsir etmir, həm də insanlara sakitləşdirici təsir göstərir.
Aygün Musayeva