Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmtahan stresinə qarşı dərman içdi - Reanimasiyalıq oldu

  • 2020.01.28 11:43
  • 6444 Baxış
İmtahan stresinə qarşı dərman içdi -   Reanimasiyalıq oldu
İmtahan stresini keçirmək üçün içdiyi dərman onu reanimasiyalıq edib.

Medicina.az xəbər verir ki, imtahan həftəsində olan 17 yaşlı Mina Kara adlı qız stresdən və yuxusuzluqdan əziyyət çəkib. Buna görə o xəstəxanaya müraciət edib, həkim isə ona dərman yazıb.

Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Dərmanı içdikdən sonra gənc qızın bədənində göyərmələr və yanıqlar əmələ gəlib. Bədənindəki yanıqların ikinci dərəcəli olduğu müəyyən edilib.

Dərhal reanimasiyaya yerləşdirilən qızda görmə pozğunluöu da aşkar edilib. Valideynləri qıSəhiyyə nazirliyinə şikayət ediblər. Onların dediyinə görə, qızın görməsi bağlanıb və hazırda yemək belə yeyə bilmir.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb.