Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmpotensiyaya qarşı dərman xərçəngi məhv edir

  • 2022.10.06 12:54
  • 1806 Baxış
İmpotensiyaya qarşı dərman xərçəngi  məhv edir

Alimlər potensiya üçün dərmanın şiş hüceyrələrinə effektini sübut edib.

"Medicina" xəbər verir ki, Sautqempton universititinin alimləri fosfodiesteraza 5 tipli dərmanların - yəni Viaqra tip dərmanların şiş hüceyrələrinə öldürücü təsirini görüb.

FDE ingibitorları qida borusu və mədə xərçəngi xəstələrinin kimyaterapiyaya reaksiyasını xeyli yaxşılaşdırıb.

Onlar ümid edir ki, bu preparat digər xərçəng növlərində də kömək edəcək.

Qida borusu xərçəngi kimyaterapiyaya 80% cavab vermir.

Yeni tədqiqat göstərib ki, FDE-5 məhz bu növ xərçəngin müalicəsini yaxşılaşdırır.

Preparat saya əzələlərə təsir edib onları yumşaldır.
Şişlərdə bu preparat fibroblastlara təsir edir.

Dərman onları boşaldaraq şişlərin böyüməsinin qarşısını alır.

Aygün Musayeva