ABŞ-ın Kolumbiya universitetinin stomatoloqlarının yeni kəşfi bütün elm dünyasını silkələyib.
Medicina.az xəbər verir ki, stomatoloqların bildirdiklərinə görə, insanın dişləri istənilən yaşda yenidən böyüyə bilər. Bu insanların implantlardan və narahat protezlərdən birdəfəlik yaxa qurtaracağı deməkdir.
İmplantların qoyulması zamanı dəfələrlə həkim qəbulunda olmaqla yanaşı ağrı, diskomfort, iltihab kimi hallar da yaşanır. Buna görə də həkimlər daha rahat üsul icad ediblər. İndi hər kəs dişlərini sərbəst şəkildə inkişaf etdirə biləcəklər.
Artıq uzun illərdir ki, dişlər itirildikdə və ya xarab olduqda yerində yeni dişlərin inkişaf etdirilməsi barədə işlər aparılır. Bu zaman pasiyentin öz kök hüceyrələrindən istifadə edilib. Kök hüceyrələrinin xüsusiyyətləri əsil diş toxumasına və formasına uyğun dişlər hazırlamağa imkan verir.
Həkimlər boş diş alveolundan yeni diş inkişaf etdirəcək yeni bir texnologiyanı könüllülər üzərində həyata keçirərək müsbət nəticələr əldə ediblər. Onlar təbii materiallardan həqiqi dişə bənzəyən karkas hazırlayaraq onun içərisinə diş stimulyatoru – kök hüceyrələri yerləşdiriblər. Daha sonra bu karkas boş diş yuvasına qoyulub. Karkasın şəbəkəli quruluşu kök hüceyrələırinin inkişafı üçün əlverişli olub. Orta hesabla 9 həftə keçdikdən sonra xəstələrdə dişlər inkişaf etməyə başlayıb.