Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmunoloq meymunçiçəyini 3 qrupa ayırdı - ƏLAMƏTLƏR

  • 2022.07.21 15:28
  • 2264 Baxış
İmmunoloq meymunçiçəyini 3 qrupa ayırdı  - ƏLAMƏTLƏR

Meymunçiçəyinin simptomları digər xəstəliklərlə oxşardır. Onları fərqləndirmək bəzən çətin olur.

Bakupost.az xəbər verir ki, immunoloq alim Nikolay Kryuçkov xəstəliyin 3 qrup əlamətini açıqlayıb.

Birinci qrup - qripə bənzər əlamətlər: hərarət, əzginlik, boğaz ağrısı, ümumi soyuqdəymə kimi hiss.

İkinci qrup - bədəndə ağrılar, səpkilər, hansı getdikcə artır, böyüyür.

Üçüncü qrup - limfa düyünlərinin şişməsi, böyüməsi, ağrıması

Adətən hərarətin başlaması ilə səpkilərin çıxması və sağalma 3 həftə çəkir.

Həkim qeyd edib ki, bu əlamətlərdən birini hiss edən xəstə mütləq özünü təcrid etməli, ictimai nəqliyyatdan istifadə etməməli, təcili poliklinikaya xəbər verməlidir.

Yaxşı olar ki, test evə çağırılsın.

Diaqnoz təsdiq edilənə kimi evdən çıxmamalı, təsdiqlənərsə 3 həftə karantində olmaq lazımdır.