Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmunitetinizi qaldıracaq 5 ədviyyat – Yeməklərə və çayınıza qatın

  • 2019.02.11 21:51
  • 16232 Baxış
İmmunitetinizi qaldıracaq 5 ədviyyat –  Yeməklərə və çayınıza qatın

 

Məlumdur ki, orqanizmin sağlamlığı güclü immunitetdən asılıdır. İmmuniteti zəif insanın vəziyyəti adi qripdən belə ağırlaşa bilər. 


İmmunitet artıran heç bir sistem, dərman yoxdur. Möcüzə orqanizmin özündə və mövcud olan qida, içki, bitkilərdədir.


Siz orqanizmə lazımi maddələri qida ilə verin, immunitet özünə lazım olanı götürəcək.


Medicina.az sizə immuniteti möhkəmləndirəcək 5 əlçatan vacib ədviyyatların siyahısını təqdim edir:


1.Darçın


Antioksidant təsiri olub, infeksiyalarla mübarizədə immun aktivliyi stimullaşdırır. Antiiltihab təsir edir. O, antibakterial effekti ilə xəstəliyin kökü, səbəbi ilə mübarizə aparır. Orqanizmi daxildən qızışdırır. Buna görə də qrip, öskürək, bəlğəm zamanı ilk işiniz darçınlı süd və ya çay içmək olsun. 

Darçının saxtası və Çin variantı da istehsal olunduğu üçün müalicə məqsədilə Seylon darçını axtarın. Boru formasında olanı alın, toz yox. Əsl darçın papirus kimi qat-qat bükülü, nazik olur və tez ovulur. Saxta darçının orqanizmə faydası yoxdur, amma zərəri var. 

Bir qədər bala darçın ovub saxlayın. Burnunuz qıcıqlanan, soyuqdəymə hiss edən kimi, bu darçınlı baldan istifadə edin.

 

ƏSL DARÇIN BELƏ OLMALIDIR

 



2.Kəklikotu


Kəklikotu virus əleyhinə, immunitet möhkəmləndirici təsirə malikdir. Bronxit, laringit, angina, öskürəyin dərmandır. Bütün bu yolları dezinfeksiya edir.

 

Mikrob və bakteriyaları öldürür. Uşaqlarda da boğaz qarqarası üçün istifadə edə bilərsiniz.


O, bizim genləri, DNT-ni belə qoruyur.


Onu salatlara, yeməklərə, kəsmiyə, şora qatıb yeyə bilərsiniz.


Çaya qatıb içə bilərsiniz. 


Dəmləmə edib içə, qarqara edə bilərsiniz


3. Sarıkök


Sarıkök Şərqin birinci dərman ədviyyatıdır. Sarıkökün biokimyəvi tərkibi imkan verir ki, o, orqanizmdə möcüzələr yaratsın. Sarıkök xərçəng, Altsheymer, Parkinson, ürək xəstəlikləri, diabet, göz xəstəlikləri, depressiya, dəri problemlərində güclü immun artırıcı ədviyyatdır.


Sarıkök öd və qaraciyəri detoksikasiya edir. Öd sintezini 50% artırır, toksinləri orqanizmdən atır. 


Onu yeməklərə qatın, südə əlavə edib için, bir qədər qara istiotla qarışdırıb, dil altına qoyub əridib udun.


4.Rozmarin


Antibakterial, göbələk əleyhinə, insulta qarşı təsirlidir. Deyilənə görə, qış aylarında 4 qr rozmarin yarpaqları immuniteti qaldırmaq üçün terapevtik dozadır.


Rozmarin daha çox ət yeməklərinə qatılır.


Amma ondan çay və dəmləmələr də hazırlaya bilərsiniz.


5.Qara istiot

 

Xüsusən dənəli qara istiotu alıb özünüz üyüdün. 


Çalışın ən yaxşı istiotdan alasınız.


İstiotda elə efir maddələri var ki, orqanizm üçün əsl oyadıcı bomba rolunu oynayır. İmmunitet istiotu sevir.


Çünki istiot özü mikrobları, virusları tapıb öldürür. İstiot qana, limfaya yaxşı çatsın deyə, günorta və axşam çay qaşığı ucunda dilinizin altına qoyub yavaş-yavaş ağız suyu ilə əridib udun.


Südə sarıkök və azca istiot qatıb için.


İstiodan bir qədər suda da həll edib içə bilərsiniz.


Amma dozanı aşmayın və mədədə xora olmamaq şərtilə istiot qəbul edin.

İmmunitetinizi qaldıracaq 5 ədviyyat –  Yeməklərə və çayınıza qatın