Bu çay orqanizmi qoruyur, güc verir, qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, immuniteti gücşləndirir.
Bir sözlə, sirri hələ də tam açılmamış, qədimdə əsilzadə və kralların içkisi olan bu çay koronavirus pandemiyasında yaşayanlar üçün vacibdir.
Adi çay əvəzinə onu hər gün içə bilərsiz.
Medicina.az sirli Yoqovskiy çayının hazırlanma qaydasını təqdim edir:
Qazana 2 litr su alınır və qaynayana kimi odda saxlanılır. Qaynayan suya 7 ədəd mixək, 7 ədə kordamon, 2 çubuq darçın, çay qaşığı yarısı sarıkök, çay qaşığı qədər zəncəfil tozu (və ya 10 qr kökü) əlavə edilib qarışdırılır, 5 dəqiqə vam odda bişirilir.
Sonra bura 1 stəkan təzə süd əlavə edilir, tez qarışdırılır və yenidən qaynar hala salınır.
Ən sonda bir stəkan dəmlənmiş çay əlavə olunub, qapağı bağlanılır, oddan götürülür.
5-7 dəqiqə kənarda saxlanılıb, sonra isti-isti içilir. Artıq qalsa termosa tökülüb, gün ərzində içilməlidir. Tamı acı olsa, bal qata bilərsiz.