Dünya Səhiyyə Təşkilatının Rusiya üzrə rəhbəri, professor Melita Vuynoviç Forbes Life dərgisinə koronavirus pandemiyası ilə bağlı bəzi məqamları və fikirlərini bölüşüb.
O, koronavirusun qriplə eyni tutulmasını düzgün hesab etmir və immunitetin bu virusu hələ tam öyrənib tanımadığını bildirib.
“Qrip virusları ayrıca böyük bir ailədir. Koronavirus bu ailəyə daxil olmayan ayrıca fərqli bir virusdur. Koronavirus daha çox heyvan orqanizmində olub, onlara yoluxub.
Amma koronavirusa insanın yoluxması həmişə olub, bu adi qrip və zökəm kimi özünü göstərib.Bəs nəyə görə bu virusa qarşı hələ peyvənd icad olunmamışdır? Çünki indiyə kimi bu virus ailəsi insan üçün ciddi təhlükə mənbəyi olmayıb, heç vaxt belə geniş yayılıb, ciddi ağırlaşmalar yaratmayıb.
SARS və MERS də atipik pnevmoniya yaradan və heyvandan insana keçən virus infeksiyası idi, amma o zaman belə bu qədər geniş yayılıb pandemik səviyyəyə çatmamışdı.
Qripdən vaksin nə zaman yarandı?
1919-cu ilə kimi o da yox idi. Baxmayaraq ki, o illərdən öncə hər il yüz minlərlə insan adi qripdən ölürdü. Qrip peyvəndi bütün yer üzünün əhalisinin 3-də birini yoluxduran dəhşətli “ispanka” pandemiyasından sonra kəşf edildi.
Koronavirus son 20 ildə insanlığı dərindən sarsıdan üçüncü virusdur.
Əvvəlki SARS və MERS də ölümcül idi, epidemik idi. Amma onlar koronavirus qədər sürətlə yayılmırdı.
Nəyə görə koronavirus belə sürətlə yayılır. Çünki insan immuniteti üçün yaddır, immunitetimiz onu tez aşkarlamır və ona qarşı mübarizə mexanizmi zəifdir.
Yaxşı ki, koronavirusda ölüm faizi SARS- kimi deyil. Sars-da 10 faiz idisə, koronavirusda 3%-dir.
Hələ ÜST və alimlər bu virusu öyrənir. Sadəcə müşahidə edirik və bütün mümkün mövcud mübarizə vasitələrindən istifadə edirik.
Nəyə görə koronavirus yaşlı, xəstə insanları daha çox öldürür? Virus insanı necə öldürür, sistemlərini hansı zəif yerdən tutaraq məhv edir, hələ bunlar öyrənilir.
Bəli, səbəb pnevmoniyadır, amma pnevmoniyanın da yaranmasının dərin mexanizmləri var. Hər virus orqanizmdə müxtəlif cür özünü aparır. Alimlər,tibb koronavirusu da çözəcək”.