İmmuniteti zəiflədən bizim gündəlik zərərli vərdişlərimizdir. Bəzi məqamlar var ki, onlar immune sistemini zamanla çökdürür.
Medicina.az xəbər verir ki, immuniteti möhkəmlətmək üçün nələri dəyişməlisiz.
- Xroniki yuxusuzluq
Gün ərzində gecə yuxusu olmayan, 8 saatdan az yatan insanın immuniteti zəif olur. İmmun sistem daha çox gecə saat 23:00-dan sonrakı yuxuda güc bərpa olur, orqanizmi bərpa edir.
- Zəif qidalanma
Kasad, vitaminsiz, qeyri-sağlam qidalanma immunitetə lazımi vitamin və mineralları vermir. Zərərli qidalanma immunitetin gücünü azaldır. Ona görə belə adamlar tez xəstələnir.
İmmunitetə nə lazımdır:
- Sink
- Selen
- Dəmir
- A, C, E, D vitamin
- Ayaqların soyuqdur
İmmunitet soyuq ayaqları sevmir. Ona enerji ayaqdan istiliklə gəlməlidir. Qədim Çin müdrikləri də deyib ki, ayağını isti, başını sərin saxla. MÜtləq yatağınız isti olmalıdır, soyuq aylarda mütləq ayağınızda yun corab olmalıdır. Ayağı donan, soyuq insanın immuniteti düzgün çalışa bilməz
Siz ya bunları yüksək miqdarda qidalardan almalısız, ya da əlavə preparatlar qəbul etməlisiz.
Onları qəbul etməyiniz üçün koronavirus olacağınız günü gözləməyin, öncədən qəbul edin.