Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmuniteti qaldırmağın 5 yolu - Təbii reseptlər

  • 2020.06.24 18:12
  • 7662 Baxış
İmmuniteti qaldırmağın 5 yolu   - Təbii reseptlər


İmmuniteti artıran bu reseptlərdə yalnız təbii ərzaqlardan istifadə olunub. Ona görə çəkinmədən bütün ailə üzvləriniz üçün hazırlayıb, qışı güclü immunitetlə qarşılaya bilərsiniz.


Medicina.az illərin sınağından keçmiş reseptləri təqdim edir:

1. 1 stəkan qoz, kişmiş və qaysı qurusu, bir limon (qabıqsız) təmizlənir, ətçəkəndən keçirilib, qarışdırılır. Böyüklər gündə 1 dəfə1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edir. Yaxşı olar ki, yeməkdən bir saat əvvəl qəbul olunsun. Kurs 1 ay.


2. 100 qr. təmizlənmiş qoz, 100 qram sürtgəcdən keçirilmiş alma, 2 limon, 1 xörək qaşığı təmiz bal qarışdırılır, gün ərzində 1 dəfə qəbul olunur. Uşaqlara 5 yaşından sonra vermək olar.


3. 2 baş soğanı xırda doğrayıb, 200 qram şəkər tozu ilə qarışdırın. Yarım litr su əlavə edib, zəif odda yarım saat qaynadın. Kənarda soyudun, sonra 2 xörək qaşığı bal əlavə edib, qarışdırın. Süzüb, şüşə qabda saxlayın. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək lazımdır.


4. 1 baş sarımsaq əzilir, bura 1 limon qabıqlı halda ətçəkəndən keçirilib qatılır. Üzərinə yarım litr qaynanmış su əlavə edib, qaranlıq bir yerdə 5 gün saxlayın. Daha sonra süzüb, profilaktik məqsədlə həftədə 3-4 dəfə 1 qaşıq olmaqla qəbul edin.


5. Uşaqlarınıza bildirçin yumurtası yedirdin. Özünüz də yeyin. Hər gün səhər acqarına 2 ədəd çiy bildirçin yumurtası içmək lazımdır.