Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmuniteti necə gücləndirməli? - - XÜSUSİ MƏSLƏHƏTLƏR

  • 2020.03.18 17:16
  • 2961 Baxış
İmmuniteti necə gücləndirməli? -  - XÜSUSİ MƏSLƏHƏTLƏR


İmmunitet, endokrin və sinir sistemləri ilə sıx əlaqəli olan mürəkkəb sistemdir.

Buna görə endokrin vəzlərinin pozğunluğu və sinir gərginliyi immunitet sisteminin fəaliyyətinin pozulmasına səbəb olur.

İnsan immunitetinin əsas funksiyası "yad" cisimlərdən qorunmaq və homeostazı - insan orqanizminin daxili mühitinin sabitliyini təmin etməkdir.


Uşaqlarda immunitetin inkişaf dövrü 7 yaşdan başlayır və immunitet sistemi 40 yaşdan sonra yavaş-yavaş inkişaf edir və fizioloji "qocalma" baş verir. Hamilə qadınlarda immunitet zəif olur - bu, ananın bədənindən dölün “qovulmasına” səbəb olmamaq üçün lazımdır. Həmçinin cinsi yetkinlik dövründə, qadınlarda menopoz dövründə və yaşlı insanlarda da immunitet zəifləyir.

Körpənin immun sisteminin ana südü ilə qidalanma zamanı yarandığı doğrudurmu?

Ana südü ilə qidalanma, ilk növbədə uşağı allergik sindromun yaranmasından qoruyur, danılmaz fakdır ki, ana südü ilə qidalanmanın olmaması 50% allergiya riski daşıyır. Əlbəttə ki, ana südündəki hazır antikorlar uşaqları ətraf aləmin mikrobial və texnogen təcavüzündən qoruyur.

Yeri gəlmişkən, ananın xəstəliyi genetik deyilsə, sağlam bir övladı dünyaya gələ bilər. Bir hamiləliyi planlaşdırarkən onun əlverişli gedişi üçün hər cür şərait yaratmaq vacibdir.

İmmuniteti zəif olan insan ildə neçə dəfə xəstələnə bilər?

İnsanın xəstələnməsi normaldır - bu immunitet sisteminin "təlimidir". Ancaq xəstələnməyiniz lazımi - 5-7 gündən çox olmayaraq, bədən istiliyi böyüklərdə 38 ℃, uşaqlarda 38,5 ℃, ağırlaşmadan və uzun müddət astenik sindrom olmadan davam etməlidir. 4 - 7 yaşdan kiçik uşaqlarda kəskin respirator virus infeksiyalarının şərti norması - ildə 8 dəfəyə qədərdir.

"Yoluxucu xəstəliklərin tezliyi göstərilən normalardan çox olarsa, xəstəliyin 3-4 həftə ərzində uzanan, ləng gediş, təkrarlanma halları, bakterial və ya virus ağırlaşmaları ilə müşayiət olunarsa, xəstəliyi antibiotiklər, antiviral dərmanlarla müalicə etmək çətindirsə və şəxsdə xərçəng, , herpes varsa, ildə 4 dəfədən çox üz nayihəsi və ya cinsiyyət orqanlarında infeksiya, cinsiyyət orqanları və ya dırnaqlarda təkrar-təkrar göbələk infeksiyası müşahidə olunursa bu artıq narahatlıq üçün əsas səbəblərdir.

Antibiotiklərin həkim nəzarəti olmadan istifadəsi orqanizmə zərərlidir. Antibiotiklərin demək olar ki, bütün qrupları immunosupressiv təsir göstərir. İnsan orqanizmində yalnız patogenlər deyil, həm də dəridə,selikli qişalarda və bağırsaqlarda yaşayan mikroflora vardır. Bu, immun sisteminin normal işləməsinə çox təsir edir. Antibiotiklər təyin edərkən həkim bağırsaq mikroflorası üçün probiyotiklər təyin etməlidir. Dərman qəbul qaydalarına da riayət etmək lazımdır: vaxt, doz, gün sayı. Antibiotik qəbulunu yarım saxlamaq qətiyyən məsləhət deyil, tam olmalıdır.

İmmun sistemini təbii yollarla stimullaşdırmaq daha yaxşıdır: idmanla məşğul olmaq; təmiz havada müntəzəm gəzmək; sağlamlıq vəziyyətinizə uyğun fiziki fəaliyyətlə məşğul olmaq; balanslı qidalanmaq. Bütün bu tədbirlər xəstəlik dövründə həyata keçirilməməlidir, nizamlı olmalıdır, valideynlər uşaqlarına sağlamlıqlarına qayğı göstərməyi erkən yaşlardan öyrətməlidir.



Bundan başqa qəribə də olsa, həkimlər ev heyvanlarının immun sistemini gücləndirdiyi qənaətinə gəliblər. Onların fikrinə görə, bu quyruqlu heyvanların insanlara verdiyi çox sayda müsbət duyğuların yanında antiparazitik qorunmanın meydana gəlməsi ilə əlaqədardır. Ancaq nəzərə almaq lazımdır ki,heyvanlarla bağlı fakt allergik insanlar üçün keçərli deyil.