Alimləri insanları daha çox təbiətdə olmağa çağırır.
"Medicina" xəbər verir ki, Maks Planka universitetinin alimləri təbiətdə, park, meşə, orman kənarında gəzintinin fiziki və psixi sağlamlığa təsirini sübut edib.
Alman tədqiqatçıları iştirakçıları 2 qrupa bölüb.
Bir qrup parkda, göl kənarında 1 saat yarım gəzib, digər qrup şəhər mərkəzində, adam çox olan küçələrdə.
Eksperiment 14 gün davam edib. Nəticə göstərib ki, təbiətdə gəzənlərdə qorxu və stress azalıb, beyin daha çox oksigen alıb, şəhərdə gəzənlərdə isə heç bir effekt alınmayıb.
Alimlər bununla əvvəllər də irəli sürülən təbiət və sinir sistemi sağlamlığı arasında təsiri təsdiqləyib.
Təbiət şəraitində piyada gəzinti stress və təzyiqi azaldır, bədən qanla təmin olunur, immunitet möhkəmlənir.
Miçiqan universitetinin psixoloqları da 20 dəqiqə təbiətdə gəzintinin stress hormonu kortizolu salmağa yardım etdiyini bildirmişdi.
Kortizol qanda yüksək olduqda ürək yüklənir, depressiya və psixi pozuntular yaranır.
Aygün Musayeva