Payızın, qışın gəlməsi orqanizm üçün stresdir. İmmun sistem istər-istəməz zəifləyir.
"Medicina" xəbər verir ki, diyetoloq Solomatina bəzi qidaların immuniteti söndürdüyünü bildirib.
"Biz qidalanmağımızla ya immunitetə kömək edirik, ya da onu zəiflədirik.
Məsələn, şəkər, şirin qidalar patogen mikroorqanizmlər üçün qida mənbəyidir.
Ağ undan çörək, şirniyyatlar qanda qlükozanı qaldıraraq hüceyrə membranını zədələyir.
Bütün bu faktorlar ümmunitetin zəifləməsinə, iltihabi proseslərə səbəb olur.
Eləcə də artıq duz qəbulu, duzlu qidalar, qızarmış yeməklərlə immunitetə mane olursuz.
Belə qidalanmanın zərərli fəsadı dərhal özünü göstərmir, zamanla, yaşlandıqca insanı infeksiyalara daha dözümsüz edir.
Hüceyrə səviyyəsində dəyişiklik baş verdiyi üçün 50 yaşdan sonra onkoloji xəstəliklərə səbəb ola bilir".
Aygün Musayeva