Çoxları bu metodu eşidəndə mümkünsüz hesab edir. Amma məşhur rusiyalı həkim Sergey Bubnovskiy dünyanın ən yaxşı üsulunu tapdığını bildirir.
Medicina.az 15 saniyəyə immuniteti gücləndirən həmin metodu təqdim edir.
Əgər tez-tez xəstələnirsizsə, allergiyanız varsa, immunitetiniz zəifdirsə, bu asan üsulu hər gün edin.
Vannaya soyuq su alıb, içinə buz atın. Ayaqlarınızı bu vannaya salıb, 15 saniyə saxlayın, dəsmalla qurudub, yun corab geyinin. Bubnovskiy əmindir ki, əgər bunu hər gün təkrar etsəniz, immun sistem günbəgün artacaq və xəstəliklər onun qarşısında zəif olacaq.
Ayaqları buzlu suya salıb xəstələnəcəyinizdən qorxmayın, çünki əksinə, bu prosedur orqanizmə xeyirdir.