Pandemiya dövrünün ən faydalı mürəbbələri seçilib.
Medicina.az xəbər verir ki, Rusiyanın məşhur həkimi Myasnikov orqanizmə virus infeksiyalarına qarşı dəstək göstərməkdə effektli mürəbbələri açıqlayıb.
1. Moruq mürəbbəsi
Antibiotik təsirli yeganə giləmeyvədir. Hərarəti yüksək insana da verilə bilər. Tərkibində qan durulaşdırıcı salisil turşusu var. Viruslardan qoruyur
2. Qaragilə (çernika) mürəbbəsi
Az tapılsa da, bahalı olsa da, bağırsaq, beyin, gözlər üçün əvəzsizdir.
3. Vişnə - albalı mürəbbəsi
Vitaminli meyvədir. Onda olan triptofan beyni sakitləşdirir. Diabetlər üçün də faydalıdır. Qanda şəkəri tənzimləyən xrom var.
Viruslara qarşı da qoruyur. Qanın keyfiyyətini artırır
Pandemiya dövründə masanızda bu mürəbbələrdən olsun