Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmunitet üçün bu ət faydalıdır - Dietoloq açıqladı

  • 2020.10.20 10:49
  • 1237 Baxış
İmmunitet üçün bu ət faydalıdır -  Dietoloq açıqladı

Bədən üçün ən vacib elementlərdən biri zülaldır. Onun ən yaxşı mənbəyi isə toyuq filesidir.

Bu barədə rusiyalı dietoloq Svetlana Fus danışıb.

“Yalnız 100 qram toyuq filesi gündəlik ehtiyacımızın demək olar ki, yarısını ödəyir. Zülal həzm zamanı məcazi mənada “tikinti materialı” hesab olunan amin turşularına parçalanır. Amin turşuları fizioloji fəaliyyətə malik olan xüsusi zülal toxumaları, peptid hormonları, fermentləri və digər birləşmələri sintezləşdirir. Amin turşusu çatışmazlığı olarsa, immun sistemi də normal işləyə bilmir”, - dietoloq qeyd edib.