Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmunitet üçün A vitamini lazımdır – Defisiti, əlamətləri

  • 2020.07.05 15:09
  • 16180 Baxış
İmmunitet  üçün A vitamini lazımdır  –  Defisiti, əlamətləri

Koronavirus pandemiyası ilə əlaqədar insanlar C vitamiminə hücum edir, onun immuniteti qaldırdığını düşünür.

Halbuki immunitet üçün ondan da vacib vitamin A-dır.

A vitamini çatışmadıqda qaraciyər xəstəlikləri, immunitet zəifliyi, müxtəlif səpkilər, gözlə bağlı problemlər – dumanlı görmə və s kimi əlamətlər olur.

Medicina.az xəbər verir ki, bu vitaminin defisiti zəif qidalanma ilə bağlıdır. Xüsusən Asiya ölkələrində düyü ilə qidalanan xalqlarda kəskin defisit olur.

Eləcə də orqanizmdə A vitamininin sovrulması, depolanması pozulanda defisit olur.
Bu hal çeliaki, mədəaltı vəz xəstəlikləri, qaraciyər sirrozu, lyamblyoz, mədə-bağırsaq problemləri zamanı baş verir.

Uzun müddət zülal çatışmazlığı zamanı da bu vitamin çatışmır.



Erkən əlamətləri:

- toyuq korluğu deyilən qaranlıqda gözün adaptasiya olmaması, konyuktivit və göz buynuzunun qalınlaşması – bunu oftalmoloq müayinədə görür

- Dərinin qabıqlanması, soyulması, quruması, qalınlaşması, follikulyar yaralar
- Tənəffüs yollarının infeksiyası

- İmmunitetin kəskin düşməsi, tez-tez xəstələnmə
- Xəstə nə qədər gəncdirsə, bu vitaminin çatışmaması onun üçün daha ağırdır. Uşaqlarda isə hətta boy artımı dayana bilər. Infeksiyalar çox olur

Analiz üçün qanda retinolun miqdarı ölçülür.

Eləcə də göz həkimi gözləri müayinə edərək bu vitaminin defisitini asanlıqla təyin edə bilər. Bu zaman skotometriya və elektroretinoqrafiya müayinəsi aparılır


Nə etməli?

Xüsusi qidalanma ilə tünd yaşıl yarpaqlı göyərti, tərəvəz, kahı, tünd və ya əlvan rəngli meyvələr. Portağal, kök, sarı meyvə-tərəvəz- balqabaq, eləcə də mal qaraciyəri, yumurta sarısı, balıq yağı, süd məhsullarında A vitamini əldə edilir.

Uşaqlara profilaktik doza olaraq 6 aydan bir A vitamini pediatr tərəfindən təyin olunmalıdır
Eləcə də böyüklərdə bu vitamin əskikliyi təyin olunarsa, əlavə preparatı içilməlidir.

A vitamini yağ tərkibli olur.