Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.
Medicina.az xəbər verir ki, Daxili işlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.