İmmun sistemin güclü olması üçün bəzi sirlər var.
“Medicina” xəbər verir ki, qrip və viruslar mövsümündə qidalanma, fiziki məşqlər və həyat tərzini dəyişdirmək lazımdır.
1. Rəngarəng vitaminli qidalanma
A vitamini – brokkoli, pomidor, kələm, narıncı rəng tərəvəzlər və meyvələr
2. C vitaminli qidalar – orqanizm üçün antioksindant təsirli – bibərlər, sitrus meyvələri, brüssel kələmi
3. E vitamini – cavanlıq vitamini – avokado, yağlar, badam, çərəzlər
4. D vitamini – yağlı balıqlar, mərci, yumurta, küncüt
5. Müxtəlif otlar, çaylar, ədviyyatlar – sarımsaq, qara zirə, sarıkök, yaşıl çay – hamısı immunitetə təsir edir
6. Günün planını düzgün qur və tənbəlliyi at
Yuxu saatı, istirahət, hər gün eyni saatda yemək, həftədə 1 gün acqalma, bol maye, 10 min addım – bunlar müntəzəmlik tələb edir.
7. Bağırsaqlarını təmizlə
Məhz bağırsaqlarda immun hüceyrələri yaşayır. Bağırsaq florasını fermentləşdirilmiş qidalar və qatıqla zənginləşdir.
8. Qaraciyəri və bədəni toksinlərdən təmizlə
Alkoqol və siqaret immun sistemi çökdürür. Alkoqol və siqareti tərgidə bilmirsizsə, azaldın. Gündə 5-10 siqaret immun sistem və ağciyərləri zəiflədir.
9. Bədəninizlə məşq edin
20 dəqiqəlik gəzintilərdən başlayın, gimnastika və yoqa edin, hər hansı oyunlar oynayın. Gündəlik dozada aktivlik orqanizmdə iltihabi prosesləri azaldır.
Aygün Musayeva