Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İmmun sertifikatının vaxtı bitdikdən sonra nə etməliyik? - Yoluxub sağalanların nəzərinə

  • 2021.09.08 16:02
  • 1619 Baxış
İmmun sertifikatının vaxtı bitdikdən sonra nə etməliyik?   - Yoluxub sağalanların nəzərinə

İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdurarsa vaksin sertifikatı ala bilər.

Medicina.az xəbər verir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır:

"İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə artıq iki doza vurulmalıdır.

Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır".