İmişlidə 9-cu sinif şagirdi intihar etdi

  • 2024.09.24 13:03
  • 87 Baxış
İmişlidə 9-cu sinif şagirdi  intihar etdi
İmişli rayonunda məktəbli intihar edib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.

Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.

Onun meyitini yaxınları aşkar ediblər.

Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.