Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çimərlik və dənizdə hansı xəstəliklərə yoluxa bilərsiniz? – SİYAHI

  • 2018.07.07 18:25
  • 15588 Baxış
Çimərlik və dənizdə hansı xəstəliklərə yoluxa bilərsiniz? –  SİYAHI

Alimlər sübut edib ki, çimərlik, dəniz və istirahətdə insan bir neçə növ xəstəlik və simptomlara yoluxa bilər. İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin sayı arta bilər. Əgər isti qumsallıq, çimərlik və dənizdən, hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin, yoxlanın.


Medicina.az uşaqdan böyüyə hər kəsin çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir.


HELMİNTLƏR, QURDLAR


Çimərlik qumu – steril deyil. Orda digər heyvanlar da gəzir, xüsusən itlər, pişiklər, həmçinin sahildən gələn sürfələr, qurbağalar, xırda mikroorqanizmlər. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Ona görə qumun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır. Sanepidemioloji stansiyanın qoyduğu xəbərdarlıq nişanları olan suda çimməyin. Deməli orda suyun vəziyyəti ürəkaçan deyil. Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keçmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra nəsə yeyəsiniz.


GÖBƏLƏK


Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin. Dəniz üçün tərlik ağac materialı, bambukdan olmalıdır.


VİRUSLAR


Dənizdə çiməsən, dəniz suyu udmayasan? Ən azı bir-iki damcı dəniz suyu ağız boşluğuna düşəcək. Xüsusən uşaqlar bunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xolera var. Yalnız xüsusi təchizatlı çimərliklərdə və hövzələrdə çimərkən virusa yoluxmazsınız. Əgər getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazır olun.


İLTİHABİ PROSESLƏR


Daha çox bağırsaq, mədə və cinsi orqanların iltihabi xəstəliklərinə rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünki istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiniz. 


SİSTİT


Yaş çimərlik geyimində və alt paltarında çox gəzmək, uzanmaq isti çimərlikdə vecinizə olmur. Amma bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitlə üz-üzə qalır. Xüsusən əvvəlcədən sistiti olan insan üçün risk daha çoxdur. Yeganə yol dənizdən çıxan kimi başqa paltar geyinməkdir. Qız uşaqları və yeniyetmə qızlarda da sistitə yoluxma ehtimalını nəzərə alın.