Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlyas İsmayılov vəfat etdi

  • 2025.02.17 16:11
  • 498 Baxış
İlyas İsmayılov vəfat etdi


Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

"Medicina" xəbər verir ki, o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.

Ölüm səbəbi multiorqan çatışmazlığıdır. O, 1 aya yaxın idi ki, reanmasiyada idi.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.