Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İltihabi və allergik dəri xəstəlikləri: atopik dermatit, psoriaz, övrə - Müalicəsi

  • 2023.07.24 14:48
  • 4391 Baxış
İltihabi və allergik dəri xəstəlikləri: atopik dermatit, psoriaz, övrə  - Müalicəsi





Oksidativ stress dermatit, urtikariya və psoriaz kimi dərinin allergik və iltihabi xəstəliklərinin inkişafında mühüm rola malikdir. Sübut olunub ki, ətraf mühitin intensiv çirklənməsi və Stratum corneum-un (dərinin buynuzlu qişası) qoruyucu funksiyasının oksidativ stress nəticəsində pozulması atopik dermatitlərin artmasına və onun sənaye bölgələrində müalicəyə qarşı rezistent olmasına səbəb olur. Dəri örtüyündə sərbəst radikallarla törədilmiş protein sintezinin pozulması xəstəliklərin ağır gedişatını, əsasən də xroniki xəstəlikləri və onların kəskinləşməsini izah edir.


"Medicina" xəbər verir ki, dəri xəstəlikləri zamanı oksidativ pozulmalar tək dəri örtüklərini əhatə etmir (məs., psoriazda olduğu kimi), eritrosit və plazmanın digər kompo-nentlərində də dəyişikliklər müşahidə olunur.


Vitamin C dərinin baryer funksiyasında mühüm rol oynayır. Atopik dermatit və psoriazlı xəstələrin dərisində vitamin C-nin konsentrasiyası xeyli azalmış olur. Oksigenin aktiv molekullarının ekspozision təsirindən (məs., ozon səviyyəsinin yüksəl¬məsi) dərinin üst qatında vitamin C-nin səviyyəsi 2 dəfədən çox azalır. Yağda həll olan antioksidantların (vit.E, ubixinon) səviyyəsi tez normallaşırsa, suda həll olan vitamin C və qlütation kimi anti- oksidantların bərpası, əksinə, 70-120 saat ərzində baş verir.


Dəri örtüyünün effektiv qoruyucu funksiyası neyroimmun proseslər vasitəsilə həyata keçir; vitamin C sinir və immun sistemində bir çox biokimyəvi reaksiyaların kofaktoru olub, hüceyrələri oksidativ stresdən qoruyur. Buna görə də sinir və immun hüceyrələrində vitamin C-nin konsentrasiyası yüksəkdir. Məhz bu səbəbdən vitamin C-nin fizioloji səviyyəsinin bərpası dermatoloji xəstəliklərin uğurlu müalicəsinə zəmin yaradır, çünki o yaraların sağalmasında və infeksiyaların profilaktikasında mühüm rol oynayır.



Neyrodermit zamanı oksidativ stress qüsurlu dövran yaradır.

Toxumaların zədələnməsi, sinir və immun sistemlərinin funksiyalarının pozulması dəri baryerinin itirilməsinə, həmçinin dəri infeksiyalarına səbəb olur. Bu amillər oksidativ stresi dərinləşdirərək qüsurlu dövran yaradırlar.



ALLERGİYALAR


• Oksidativ stress dəri və selikli qişaların immun baryerini məhv edir
• Vitamin C baryer funksiyası üçün vacibdir

• OAF(oksigenin aktiv formaları) allergik xəstəliklərin yaranmasına və artmasına cavabdehdirlər
• Vitamin C çatışmazlığı sübut olunub

• Vitamin C iltihabəleyhinə təsir göstərir, histaminin səviyyəsini

azaldır, hormonların dozasını azaldır




Pascorbin® hansı hallarda göstərişdir?

• İnfeksion xəstəliklər
• Cərrahi əməliyyatlardan sonra
• Ağır travmalar (sümük sınıqları və gec sağalan yaralar)
• Müxtəlif dərəcəli yanıqlar
• Onkoloji xəstəliklər
• Müxtəlif intoksikasiyalar (xüsusən də zəhərlənmələr)
• Alkoqol və infeksiya mənşəli deliriya
• Psixi pozulmalar
• Addison xəstəliyi
• Allergik və iltihabi dəri xəstəlikləri
• Revmatik xəstəliklər
• Müxtəlif distrofiyalar
• Kardiovaskulyar xəstəliklər


Aygün Musayeva