Orqanizmdə iltihabi prosesləri söndürən kimyəvi birləşmə sulforafan bu tərəvəzlərdə çoxdur.
"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva iltihabı blok edən tərəvəzləri sadalayıb.
"Brokkoli, brüsel kələmi, ağ qırmızı kələm, gül kələmi və göyərtilər sulforafanla boldur.
Onlar artroz, artrit, revmatoid artrit və digər proseslərdə yeyilməlidir.
Sulforafan iltihabi prosesi ləngidib, qığırdaqların yeyilməsinin qarşısını alır.
Hazırda 40 yaşdan yuxarı hər 5 nəfərdən biri osteoartritdən əziyyət çəkir.
Siçanlar üzərində təcrübə göstərir ki, sulforafanla zəngin dieta qığırdaqların zədələnməsini azaldıb.
Hətta bir neçə elmi araşdırma var ki, bu qidalar revmatoid artritin qarşısını ala bilər.
Kələmlər bir sıra xərçəng növlərindən də qoruyur".
Aygün Musayeva