Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlon Maskı depressiyadan xilas edən dərmanla bağlı YENİLİK

  • 2024.07.01 14:44
  • 952 Baxış
İlon Maskı depressiyadan xilas edən dərmanla bağlı  YENİLİK
Ketamin həbləri depressiyanın müalicəsində yeni səhifə aça bilər.

Medicina.az xəbər verir ki, 1960-cı illərdə anesteziya tətbiqləri üçün inkişaf etdirilən ketamin, hallüsinasiya təsirinə görə narkotik olaraq da istifadə edilib.

Son illərdə isə daha çox depressiyanın müalicəsində istifadə edilən bu maddə digər antidepresantların təsir etmədiyi xəstələrə belə kömək edir.

Hətta “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da ötən il depressiya ilə mübarizə aparmaq üçün ketamindən istifadə etdiyini açıqlamışdı.

Digər tərəfdən, dərmanın dissosiasiya, yüksək qan təzyiqi və ürək döyüntüsünün artması kimi əks təsirləri var. Bundan əlavə, ketaminin dərman kimi satılması narahatlıq doğurur, çünki bu, sui-istifadəyə yol aça bilər.

“Nature Medicine” jurnalında dərc edilən araşdırmada bəhs edilən yeni ketamin həbləri isə dərmanı 10 saat ərzində orqanizmə çatdırır. Bu sayədə halüsinogen təsirlər üçün dərmanın həddindən artıq istifadəsi ilə yanaşı əks təsirlərin də qarşısının alınacağı düşünülür.

Araşdırma çərçivəsində depressiya diaqnozu qoyulan 231 nəfərə 5 gün müddətində yeni dərman verilib. Onların 168-ində simptomların əhəmiyyətli dərəcədə azaldığı müəyyən edilib.

Daha sonra onlar təsadüfi olaraq iki qrupa bölünüb: bir qrup ketamin həblərindən istifadəyə davam edərkən, digərlərinə isə plasebo verilib.13 həftədən sonra plasebo qrupunun 71 faizində, ketamin qrupunun isə 43 faizində simptomlar təkrarlanıb.

Bundan əlavə, dərmanı qəbul edən xəstələrdə yüksək təzyiq və yuxululuq kimi əks təsirlər əhəmiyyətli dərəcədə olmayıb.

Digər tərəfdən, dərman daha yüksək doza qəbul edənlərdə daha təsirli olsa da, bu insanlarda dissosiasiya və başgicəllənmə ehtimalı daha yüksəlib.

Araşdırma dövründə 65 yaşlı şəxsin intihar etdiyi də qeyd edilib. Amma tədqiqatçılar bunu müalicə ilə deyil, xəstəliyin özü ilə əlaqələndirirlər.

Bildirilib ki, hazırda depressiyanı müalicə etmək üçün istifadə edilən antidepresantlar bir çox insanlarda simptomları yaxşılaşdırmır. Beyinə elektrik verilərək tətbiq edilən elektroşok terapiyası isə yaddaş itkisinə səbəb ola biləcəyi üçünb narahatlıq doğurur.

Ketaminin təsirli bir üsul olduğunu sübut etmək üçün daha çox araşdırmaya ehtiyac duyulduğu vurğulanır.


Aysel