“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask yenidən koronavirusa yoluxduğunu açıqlayıb.
“Deyəsən, yenidən yoluxmuşam. Amma indiyə qədər heç bir simptom yoxdur”, - deyə o, bazar ertəsi “Twitter” hesabında yazıb.
Qeyd edək ki, dünyanın ən varlı adamı ilk dəfə ötən ilin noyabrında COVID-ə tutulub.