“Neuralink” şirkətinin beyninə çip yerləşdirdiyi ilk insan sağalıb.
Medicina.az “Reuters”ə istinadən bildirir ki, bu barədə şirkətin sahibi İlon Mask açıqlama verib.
O, pasiyentin, demək olar ki, tamamilə sağaldığını vurğulayıb.
İ.Maskın sözlərinə görə, həmin şəxs hazırda sadəcə düşünərək kompüterin “siçan”ını hərəkət etdirə bilir.
“Onun düşüncə gücü ilə daha çoxunu edə bilməsi istiqamətində işləyirik”, - deyə İ.Mask əlavə edib.
Xatırladaq ki, İlon Mask yanvarın 30-da “Neuralink”in məhsulu olan "Telepathy"nin ilk dəfə bir insan beyninə yerləşdirildiyini və ilkin nəticələrin "ümid verici" olduğunu açıqlamışdı. Çipin yerləşdirildiyi xəstə hərəkət qabiliyyəti olmayan bir şəxsdir.