Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İllərlə gizli qalan leykemiyanın – 8 əsas simtpomu

  • 2023.11.16 18:10
  • 2097 Baxış
İllərlə gizli qalan leykemiyanın  – 8 əsas simtpomu


Leykemiya – qan xəstəliyi çox qeyri-spesifik simptomlar verib, uzun illər hətta aşkar olunmaya bilər. Əlamətləri digər xəstəliklərlə səhv sala bilirlər.


“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyev qan xəstəliyinin kəskin və xroniki leykozun simptomlarını açıqlayıb.


“Leykemiya sümük iliyində başlayır. Səbəbi hələ də dəqiq məlum deyil. Leykemiya təkcə uşaq xəstəliyi deyil. Ona müxtəlif yaşlarda rastlanmaq olur. Kəskin leykozda xəstə sümük iliyi anomal blast hüceyrələri çox hasil edir.

Xroniki leykozda yetişmiş anomal leykositlər ölmür. Onlar qan və digər orqanlarda toplanır.

Leykemiyanın dəridə əlamətləri:

Qırmızı-göy ləkələr, göyərmələr, qansızmalar.

Tez-tez burundan səbəbsiz qanaxma, damaqda qanama. Leykemiyada qan laxtalanma pozulduğu üçün qanaxmalar çox olur.

Hemoqlobin, dəmir, trombositlərin azlğı

Əzginlik, yorğunluq, tükənmə

Tez-tez xəstələnmə, gec sağalma, titrəmə, qızdırma
Baş ağrısı, baş hərlənmə

Limfa düyünlərinin şişməsi – qolaltı, qasıq, boyun
Çəkidə azalma, əzələlərin əriməsi, iştahsızlıq

Kİmlər risk altındadır:

- Güclü şüalanma və radiasiya
- Kimyəvi maddələr, benzol
- Bəzi viruslar
- Anomal genlər
- Yaş
- Bəzi qan xəstəlikləri

Aygün Musayeva