Həkimlər hər zaman telefonların yaydığı siqnalların beyin şişi yaratdığını bildirirlər. Lakin bununla bağlı araşdırma aparılaraq maraqlı nəticə əldə edilib.
Medicina.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində mobil telefonların xərçəng xəstəliyi yaratması fikrinin doğru olmadığı məlum olub.
Dünya Sağlıq Təşkilatı Dövlətlərarası Xərçəng Araşdırma İdarəsi tərəfindən araşdırılaraq telefonun xüsusilə də beyin şişini yaratmadığı açıqlanıb.
Nəzərinizə çatdıraq ki, Avstraliyanın Sidney universitetindəki bir qrup alim də bu məsələni araşdıraraq eyni nəticəni əldə ediblər.