Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çillərdən tamamilə azad olmaq mümkündürmü? - KOSMETOLOQ AÇIQLADI

  • 2017.11.02 16:03
  • 20979 Baxış
Çillərdən tamamilə azad olmaq mümkündürmü? -  KOSMETOLOQ AÇIQLADI
Çillər bütün fəsillərdə, xüsusilə yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir. Adətən, saçları kürən (sarı-qırmızı) və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.

 

Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil. 


 

Bəs çillərdən tamamilə azad omaq mümkündürmü? 


Medicina.az-a açıqlama verən kosmetoloq Aida Məmmədovanın sözlərinə görə, çilləri lazer vasitəsilə tamamilə aparmaq mümkündür.


"Lakin bu proseduru peşəkar həkim-kosmetoloq və ya dermatoloq icra etməlidir. Lazer şüası dərinin üst təbəqəsində yeni melanin sintezinə cavabdeh olan hüceyrələri qızdırır və onların strukturunu parçalayır. Bu zaman lazer şüası sağlam hüceyrələrə təsir etmir, yalnız patogen hüceyrələrə təsir edir”, - deyə kosmetoloq qeyd edib.


A.Məmmədova lazerin əks göstərişlərindən də bəhs edib:


"Lazer müalicəsi təhlükəsizdir amma bir sıra zərərləri də var. Şəkərli diabet, şiş xəstələri, hamilələrə, epilepsiya və s kimi xəstələrə olmaz. Lazer müalicəsindən başqa kimyəvi pilinq və xalq təbabəti üsullarından da istifadə olunur. Lakin bu metodlar o qədər də effektli deyil. Reabilitasiya dövrü uzundur. Lazer müalicəsindən sonra uzunmüddətli cillərdən azad olmaq olur”.

 

Şəhanə Quliyeva