İlk övlada görə aylıq ödəmələr olacaq

  • 2017.12.29 12:06
  • 14089 Baxış
İlk övlada görə aylıq ödəmələr olacaq
Rusiya prezidenti Vladimir Putin ailədə ilk uşağın doğulması ilə bağlı aylıq ödəmələrin həyata keçirilməsi ilə bağlı qanun imzalayıb. 


Medicina.az oxu.az-a istinadən məlumat verir ki, sənəd hüquq məlumatlarının rəsmi portalında dərc olunub.   


Sənədə əsasən, ödəmələri almaq üçün uşağın valideynləri Rusiya vətəndaşları olmalı və ölkə ərazisində yaşamalıdırlar.  


Aylıq ödəmələri ilk övladı 2018-ci il 1 yanvar və bu tarixdən sonra dünyaya gələn valideynlər almaq hüququna malik olacaqlar. 


Qeyd etmək lazımdır ki, ailənin gəliri yaşadığı bölgənin əməkqabiliyyətli əhalisinin yaşayış minimumunun həcminin 1,5 mislindən çox olmamalıdır.