Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlk olaraq Oqtay Şirəliyev peyvənd olundu - FOTO

  • 2021.01.18 10:56
  • 1958 Baxış
İlk olaraq Oqtay Şirəliyev peyvənd olundu  - FOTO

Məlum olduğu kimi bu gündən ölkədə “COVID-19”a qarşı peyvəndlənmə tədbirlərinə start verilib.

“Medicina” xəbər verir ki, vaksinasiya prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edib.

TƏBİB-dən bildirilib ki, “COVID-19” vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulub.


Həmçinin TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin bir sıra rəsmiləri də peyvənd olunacaq.

Peyvəndləmə aşağıdakı ardıcıllıqla aparılacaq:

1-ci mərhələdə - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələdə - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.