Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlk əlamət dırnaqlarda üzə çıxır - Osman Müftüoğlu açıqladı

  • 2024.05.08 16:49
  • 1377 Baxış
İlk əlamət dırnaqlarda üzə çıxır -  Osman Müftüoğlu açıqladı
Bədənin düzgün işləməyə davam etməsi üçün qan dəyərlərinin normada olması vacibdir.

Son illlərdə ferritin çatışmazlığı halları artıb.

Medicina.az xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu orqanizmdə ferritin çatışmazlığının əlamətlərini izah edib.

Professor əvvəlcə ferritinin niyə əhmiyyətli olduğuna aydınlıq gətirib. O bildirib ki, ferritin dəmirin saxlanmasından məsul olan bir zülaldır və ümumi dəmir səviyyəsini müəyyən edərkən bu zülalın da dəyərlərini nəzərə almaq lazımdır. Ferritin nəticələrinin lazımi səviyyədən aşağı olması dəmir çatışmazlığını göstərir.

Onun sözlərinə görə, fiziki dəyişiklikləri müşahidə etməklə ferritin və dəmir çatışmazlığının ən bariz əlamətlərini anlamaq mümkündür:

“Məsələn, dırnaqların zəifləməsi və qırılması dəmir çatışmazlığının ən bariz əlamətlərindəndir. Dırnaqlarınız normaldan fərqli görünməyə başlayırsa və dərhal qırılırsa, bu, ferritinin əlaməti ola bilər.

Dırnaqlar yastılaşır, dırnaqlarda xırda çuxurlar əmələ gəlir; saçlar parlaqlığını itirir, qırılıb tökülür; dil həssaslaşır; ağız künclərində çatlar əmələ gəlir; unutqanlıq halları artır”.

Osman Müftüoğlu deyir ki, ferritin azlığının əlamətləri arasında ürək döyüntüsü, yorğunluq, nəfəs darlığı və dəri solğunluğu da var.

Professor baş verən bu cür problemləri aradan qaldırmaq üçün əvvəlcə diaqnozun doğru qoyulmasının vacib olduğunu bildirib:

“Daha sonra istifadə olunacaq əlavələr qan dəyərlərinə görə təyin ediləcək. Həmçinin dırnaqları gücləndirmək üçün bitki mənşəli əlavələrdən istifadə etmək olar. Eləcə də kalsium əlavələri təyin oluna bilər. Badam, kələm, qatıq, ayran və pendir istehlak etmək məsləhətdir”.

Osman Müftüoğlu tək başına ferritin dəyərinin ölçülməsinin kafi olmadığını, xüsusilə dəmir çatışmazlığı zamanı dəmir, hemoglobin, hematokrit kimi dəyərlərə diqqət etməyin vacib olduğunu xüsusi vurğulayıb.


Aysel