Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Plastikin mikroskopik zərrəcikləri orqanizmə düşərək, xəstəlikər yaradır İlk dəfə təsdiq olundu:

  • 2018.10.27 17:15
  • 15803 Baxış
 Plastikin mikroskopik zərrəcikləri orqanizmə düşərək, xəstəlikər yaradır  İlk dəfə təsdiq olundu:

Son günlər Gürcüstanda, eləcə də Avropa ölkələrində tezliklə plastik qab, sellofan, plastik butulkaların qadağan olunacağı barədə xəbərlər yayılır.

Eləcə də Azərbaycanda plastikə qarşı Ekologiya və Təbii Sərvətlər  Nazirliyi marrifləndirici tədbirlərə başlayır. Həkimlər və ekoloqlar illərdir insan orqanizminə və təbiətə plastik materialın vurduğu milyonlarla dəyəri olan zərər barədə həyəcan siqnalı verib. 


Medicina.az xəbər verir ki, Avstriya və Vena Tibb Universitetlərinin pilot elmi araşdırmasının nəticələri Venada keçirilən qastroenteroloqların beynəlxalq konqresində artıq təqdim olunub və elmdə, tibbdə ilk dəfə plastik zərrəciklərinin insan orqanizmi, orqanlarına daxil olması təsdiqlənib.


Elmi araşdırmada 8 ölkədən 8 könüllü pasiyent iştirak edib. 


2 həftə ərzində onlar qida gündəliyi yazıb, nə yediklərini, içdiklərini dəqiq qeyd edib və hər həftə nəcis, qan, sidik analizi veriblər. 


Onlar vegeterian deyildilər, 6 nəfəri mütəmadi dəniz balığı yeyirdi. Onlar bu həftələr boyu yalnız plastik qabda yemək yemiş, plastik butuldan su içmişdilər.

Nəcisin analizi onda 8 tip ayrı plastik zərrəcikləri aşkar etdi. Nəcisdə 50-500 mikrometr ölçüdə hissəciklər tapıldı. Daha çox polipropilen, polietilen zərrəcikləri aşkar olunurdu ki, bu plastik material qida plyonkası və butulda istifadə olunur. 


" Bu, ilk araşdırmadır ki, bizim şübhələrimizi təsdiqlədi. Plastik nə olursa olsun, əvvəl-axır insan bağırsağında toplanır- deyə müəllif Filipp Şvabl deyir – Əvvəllər heyvanlar üzərində aparılan təcrübə göstərmişdi ki, plastik ən yüksək konsenrtasiyada bağırsaqlarda toplanır. Ən az hissə isə limfa, qan dövranına düşür, əgər orqanizmə çox daxil olarsa, qaraciyərdə toplanır. İnsanlar üzərində bu təcrübə də bağırsaqlara plastikin düşdüyünü təsdiqlədi. Artıq bizim qarşımızda plastik zərrəciklərin hansı orqanda hansı nəticələr yaradacağını araşdırmaq durur”.