Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlk dəfə sağalanların sayı yoluxanları üstələdi - Hindistanda

  • 2021.05.12 10:13
  • 1355 Baxış
İlk dəfə sağalanların sayı yoluxanları üstələdi -  Hindistanda
Hindistanda bu gün ilk dəfə COVID-19-dan sağalanların sayı xəstələrin sayını keçdi.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Ötən gün ərzində 329 500 nəfər xəstələndi və 355 800 nəfər sağalıb. Koronavirusun səbəb olduğu ağırlaşmalardan ölüm gündə 3 879 nəfər təşkil edib.

Hal-hazırda Hindistanda xəstəliyin bir çox ağır halları, oksigen çatışmazlığı, ventilyatorlar, xəstəxana yataqları səbəbiylə çətin vəziyyət hökm sürür. Eyni zamanda, koronavirusun Hindistan ştammı mütəxəssislərə görə digər mutasiyalarla müqayisədə daha yoluxucudur. Bu gün tibbi oksigen çatışmazlığı səbəbindən Andhra -Pradeş ştatında daha 11 xəstə ölüb.