Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İlk dəfə idi ki, kəklikotundan zəhərlənmə görürdüm" - Müalicə həkimi

  • 2022.12.13 16:13
  • 2461 Baxış
"İlk dəfə idi ki, kəklikotundan zəhərlənmə görürdüm"  - Müalicə həkimi

Qaxda bir ailənin beş üzvünün kəklikotulu çaydan zəhərlənməsi ilə bağlı onları müalicə edən həkim açıqlama verib.

"Medicina" xəbər verir ki, həkim-revmatoloq Naira Papiaşvili baku.tv-ə kəklikotulu çaydan zəhərlənmə faktı onun rastına gələn ilk hadisə olduğunu bildirib.

“Dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinə ailə üzvləri iksi azyaşlı olmaqla (5 və 7 yaşlı), ana, ata və nənə daxil olublar. Ailə üzvlərinin sözlərinə görə, onlar kəklikotulu çayı qəbul etdikdən sonra vəziyyətləri pisləşib.

Yəqin ki, otun içinə başqa bitki qarışıb və zəhərlənmə verib. Xəstələrə lazımı yardım göstərilib və evə göndəriliblər”.