Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlk dəfə cinsi münasibətə girən canlı növü aşkarlanıb- ALİMLƏR

  • 2019.11.27 12:25
  • 6799 Baxış
İlk dəfə cinsi münasibətə girən canlı növü aşkarlanıb-  ALİMLƏR
Elm adamları dünyada il dəfə cinsi münasibətə hansı canlının girdiyini müəyyən etdiklərini bildirib. 


Medicina.az xəbər verir ki, bu canlının 385 milyon il əvvəl Şotlandiya sularında yaşayan və yumurta qoymadan çoxalma yolu ilə törəyən ilk canlı növü olan balıq olduğu iddia edilir.


"Microbrakius dicki" adlı bu yabanı balıq növünün təqribən 8sm uzunluğunda olduğu bildirilir. Digər balıqlardan fərqli olaraq bu növdə əlavə üzvlərin olduğu aşkarlanıb. 


Araşdırmanı aparan professor Long, antik dövrdən qalan bir qutu fosil balıqlarını araşdırarkən onlardan birində "L" hərfinə bənzər əzası olub. Bunun üzərinə fosil üzərində aparılan tədqiqatlar dərinləşib və bəlli oldu ki, bu əzələ erkək balığın cinsiyyət orqanıdır. Bundan əlavə balığda sümüklü yumrulara da rast gəlinib. Bunun vasitəsilə dişi balığa sperma keçirdiyi məlum olub. 


Dişi balıqlarda isə arka tərəfdə sümüklü bölgə aşkarlanıb. Bu isə erkək balıqla cinsi əlaqə üçün orqan hesab edilir. 


Anatomik quruluşlarına görə, balıqların yan-yana dayanaraq cinsi əlaqəyə girmələri təxmin edilir.

Araşdırmada iştirak edən alimlər, balıqlarda cinsi əlaqə ilə  çoxalmanın bir müddət sonra unudulduğunu  və  yumurtalayaraq çoxalmaya keçdikləri düşünülür.