Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlin sonunadək regionlarda bütün xəstəxanalar təmir olunacaq - Nazirliyin mətbuat katibi

  • 2019.01.27 13:03
  • 7458 Baxış
İlin sonunadək regionlarda bütün xəstəxanalar təmir olunacaq  - Nazirliyin mətbuat katibi

Son illərdə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Dövlətimizin başçısının tapşırığına əsasən, bu ilin sonuna qədər regionlarda əsaslı şəkildə təmir olunmayan və ya yenidən tikilməyən bir xəstəxana da qalmayacaq.


Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Quba Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.


"İlin sonunadək regionlardakı bütün səhiyyə müəssisələrində Quba Rayon Mərkəzi Xəstəxanasında olduğu kimi yüksək şərait yaradılacaq. Bütün xəstəxanalar ən yüksək, müasir standartlara cavab verəcək”,- deyə Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.