Yeni Zelandiyada keçirilən ənənəvi “İlin quşu” adlı maraqlı müsabiqədə bu dəfə uçan siçan- yəni yarasa qalib olub.
Medicina.az xəbər verir ki, o, bütün rəqiblərini keçərək, 3 min səs irəlidə olub.
Müsabiqə tarixində ilk dəfə idi ki, yarasa da yarışa salınmışdı və o da qalib oldu.
Pekapeka adlı uzunquyruq yarasa növü artıq tükənmək üzrədir və təşkiltçılar bu məsələni qabartmaq istəyib.
Digər tərəfdən pandemiyaya görə də yarasanın reytinqi yülsək olub.
İkinci yeri isə kakalo tutuquşusu tutub.