Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İldırım velosipedçini vurdu

  • 2024.07.30 15:51
  • 1150 Baxış
İldırım velosipedçini vurdu
Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərində 30 yaşlı kişini ildırım vurub.

Medicina.az xəbər verir ki, tufanlı havada velosiped sürən şəxs ildırım vurduqdan sonra xəstəxanaya çatdırılıb.

İdmançı sağ qalıb, lakin çoxlu yanıq xəsarətləri alıb. O, hazırda həkim nəzarətindədir.

Kuzbass səhiyyə naziri Dmitri Beqlov “Telegram” kanalında bildirib ki, hadisə zamanı velosipedçinin paltarı alovlanıb.

“Onun boyunbağı da yanıb. Hazırda müalicə olunur”, - deyə nazir qeyd edib.


Aysel