USM bir çox daxili xəstəliklərin erkən diaqnostikası üçün ən təhlükəsiz metoddur.
Profilaktika məqsədilə hər ay USM etdirmək olarmı?
"Medicina" xəbər verir ki, qadınlar və kişilər ildə 1 dəfə profilaktik məqsədlə USM dən keçə bilər.
Qadınlar təkcə qarın boşluğu ilə yox, eyni zamanda ginekoloji, süd vəzi, qalxanvari vəz, eləcə də ayaq damarların doplerini etdirməlidir.
Kişilər də ümumi qarın boşluğu ilə yanaşı prostat USM -i keçməlidir.
Bu müayinə rentgen və KT kimi şüalanma metodu deyil, ultrasəs dalğalarla işləyir.
Əgər xroniki xəstəliyiniz, kist, mioma, düyünlər varsa, 6 aydan bir keçirilməlidir.
Aygün Musayeva