Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İldə 1 dəfə sümüklərinizin vəziyyətini yoxladın - DENSİTOMETRİYA

  • 2018.01.10 13:01
  • 33269 Baxış
İldə 1 dəfə sümüklərinizin vəziyyətini yoxladın -  DENSİTOMETRİYA
Densitometriya şəkər xəstələri, hormonal preparatlar qəbul edənlər, klimaksa yaxın xanımlar üçün çox vacibdir


Densitometriya bütün bədən sümüklərindəki mineral sıxlığını qiymətləndirmək üçün unikal üsul və aparat hesab olunan DEXA texnikası ilə aparılır. 


Medicina.az xəbər verir ki, bu, çox qısa müddətdə dəqiq nəticə verir. 


Sümük densitometri vasitəsilə bunları təyin etmək olur:


-Sümüyün mineral sıxlığı

-Osteoporozun olub olmaması

-Sümük sınıqlarının meydana gəlmə riski

-Onurğa sutununda deformasiyalar

-Piy və toxumaların faizi.


Qadınlarda daha çox rast gəlinən sümük kütləsində azalma fazini əvvəlcədən təyin etmək, osteoporoz və sınma riskini hesablamaq üçün Densitometriya 45 yaşından sonra bütün qadınlara vacibdir.


Kimlər bu müayinədən keçməlidir?


-Klimaks dövründə olan qadınlar

-Hər iki yumurtalığı götürülmüş qadınlar

-Ailə anamnezində osteoporoz və onurğa problemləri olanlar

-Boyu 1.60-dan çəkisi 50-kq dan az olanlar

-Boy qısalması olanlar

-65 yaşdan yuxarı bütün insanlar

-Kalsium çatışmazlığı olanlar

-Həddən artıq içki, siqaret, qəhvə qəbul edənlər

-Testeronun səviyyəsi aşağı olanlar

-5 ildən artıq revmatoid artrit xəstəliyi olanlar

-Hormonal dərmanları uzun müddət qəbul edənlər

-Şəkərli diabet xəstələri.


Sümük densitometriyasının digər oxşar müayinələrdən üstünlüyü:


-Cəmi 5 dəqiqə tələb olunur

-Ağrısızdır

-Şüalanma rentgenoskopiyadan daha azdır

-Diaqnoz ilkin mərhələdə dəqiq təyin olunur

-Həm xəstə, həm həkim üçün sümüklərin vəziyyəti aydın görünür


Densitometriya Bioloji Təbabət Klinikasında aparılır.


Klinikanın ünvanı və əlaqə:


• Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

• Tel.: (012) / (050) / (055) / (070) 430 89 89