Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlansacma zamanı yalnış edilən ilk tibbi yardımlar

  • 2019.05.29 09:56
  • 54844 Baxış
 İlansacma zamanı yalnış edilən ilk tibbi yardımlar
 

Havalar istiləşdikcə ilansancma təhlükəsi də artır.  Hər il xeyli sayda insanı ilan sancır.  Nəticə isə bəzi hallarda ölüm olur. Bunun səbəblərindən biri də məhz ilkin yardım qaydalarından bixəbər olmaqdır.

 
 Medicina.az mövzu ilə bağlı faydalı məlumatları təqdim edir.Sözegedən zəhərli sürünüənin sancması zamanı bir sıra əlamətlər biruzə verir:
 

•    Sancma yerində qızartı
•    Şişkinlik •    Göyərmə •    Həmin yerdə keyimə •    Ürəkbulanma •    Qusma •    Soyuq tər •    Nəfəs almada çətinlik
İlansancma zamanıilkin tibbi yardım düzgün edilə nıticə ağır olmaya bilir. Bunun üçün ilkin olaraq həmin şəxsi sakitləşdirməyə çalışın.  Pasiyentin uzanması üçün şərit yaradın. Əl altınakı ləvazimatlardan istifadə edərək zədələnmiş yerə şina qoyun.daha sonra yaradan zəhərin xaric edilməsinə əməl edilməlidir.

 

 

Sorma üsulu ilə zəhərin müəyyən hissəsini çıxarmaq mümkündür. Bunun üçün isə iki şərt əsasdır. Belə ki, ilansancma zamanı 5-10 dəqiqə ərzində zəhəri sormaq mükündür. Diqqət edilməli əsas məqam isə zəhərin çıxarılmasını icra edən şəxsin ağzında yara, sıyrıq, dişlərində kariyes, çürük olmamalıdır.

 

Zəhərin sovrulmasından başqa üsullar da var. Belə ki, yara üzərinə xörək duzu məhlulu ilə isladılan, təmiz tənzif qoyulmalıdır.  Unutmamaq lazımdır ki, yara ətrafına sıxıcı sarğı vurmaq və yaxud həmin nahiyəni kəsmək və yaxud buz qoymaq, yandırmaq olmaz. Xəstəni həmin dəqiqə xəstəxayana aparmaq lazımdır. İlan dişlərinin izi görünürsə 12 saat müşahidə altında saxlanmalıdır.

 İlansacma zamanı yalnış edilən ilk tibbi yardımlar