7 aylıq hamilə qadının ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi KTM-də dünyaya gəlib.
"Medicina" xəbər verir ki, 31.10.2024-cü il tarixində Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub.
Daxil olduğu gündən noyabrın 6-sı tarixinə qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.
06.11.2024 cü il tarixində ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.
Əməliyyat həkim mama-ginekoloq Nailə Abbaslı tərəfindən uğurla icra olunub.
Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib.
Hazırda ananın və körpənin vəziyyəti kafidir. Меньше