Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Əmisi oğlu Anar Şahverdiyevin saytımıza bildirdiyinə görə, o, qəzadan sonra Gəncəyə hospitala aparılıb.
"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev bildirib.
Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsil Şahverdiyevin qızıdır.