Sarımsaq qəbulu bir çox xərçəng növləri, ürək-damar xəstəlikləri və ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır.
Medicina.az xəbər verir ki, Britaniyanın Notinqem universitetindən olan alimlər belə bir nəticəyə gəlib.
Alimlərin sözlərinə görə, sarımsağın tərkibində olan kükürdlü komponentlər insan hüceyrələri və toxumalarında fizioloji və biokimyəvi prosesslərə səbəb olan və onların tənzimlənməsində iştirak edən qazşəkilli maddələrin siqnal molekullarının miqdarını artırır.