Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İkinci pandemiya bu xəstəliklər üzrə olacaq

  • 2021.10.28 15:29
  • 1400 Baxış
İkinci pandemiya bu xəstəliklər üzrə olacaq

Reabilitasiya və sağlam həyat tərzi üzrə ekspert Aleksandr Fomin hesab edir ki, koronavirusla yanaşı ürək-damar xəstəlikləri pandemiyası illərdir davam edir.

Medicina.az xəbər verir ki, alim ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin əsas yeri tutduğunu deyib: “Ölümlərinin 50 faizi ürək-damar xəstəliklərinin nəticəsində baş verir. Bu, az adamın danışdığı ikinci pandemiyadır. Bəzi ölkələrdə bu rəqəm xeyli aşağıdır. Biz bunu dəyişdirməliyik”.

Reabilitasiya mütəxəssisi qeyd edib ki, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün daha çox hərəkət etmək lazımdır.

“Saatda ən azı bir dəfə qalxıb hərəkət edin, bu, ən azı bir dəqiqəlik fiziki fəaliyyət olmalıdır. Gündə 45-90 dəqiqə aktiv gəzintiyə həsr edilməlidir. Aktiv həyat tərzi üçün qaçmağa ehtiyac yoxdur, sadəcə gəzmək kifayətdir” , - Aleksandr Fomin əlavə etdi.