Sekond-hand - ikinci əl geyimlər bütün dünyada trend hala çevrilir. Geyinilmiş, amma yaxşı vəziyyətdə olan geyimlər xüsusi sanitar işləmədən keçib satılsa da, onlar insan bədəni üçün təhlükəsiz deyil.
Medicina.az xəbər verir ki, həkim dermatoloq Yuliya Qallyamova başqasının geyimlərindən yoluxa biləcəyiniz xəstəlikləri açıqlayıb
"Ən adi halda qoturluq, pedikulyoz, irinli dəri xəstəlikləri keçə bilər.
Əgər o geyim yoluxmuş və dəri xəstəliyi insanın əynində olubsa, bu geyimlər təhlükəlidir.
Ordan geyim almaq istəyirsizsə, mağazada geyinməyin. Onu alıb, evdə dezinfeksiya edərək, bir daha yuyaraq sonra geyinin.
Düzdür, belə hallar nadir halda olur, çünki dərinin özünün də immuniteti var. Amma yenə də belə geyimlər sağlamlığınız üçün təhlükə mənbəyi ola bilər" - deyə həkim bildirib.
Aygün M